“Neftçi” 1/4 finalda İspaniya yığması ilə qarşılaşacaq

17.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/4 final oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” komandası İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:10-da start götürəcək.

Daha əvvəl komandamız ilk qrup oyununda Yaponiyanın “Mitsubişi Elektrik” klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi SOCAR” Orlean mərhələsində qrupu ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью