Neftçi 17 oturacağa görə zərər, Qarabağ iki min manat ziyan ödəyəcək

30.01.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XX turun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

"Araz-Naxçıvan" – "Neftçi" matçında qonaqların azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar arenaya dəyən zərər Bakı klubu tərəfindən ödənilməlidir.

"Qarabağ" – "Turan Tovuz" oyunu bitdikdən sonra Ağdam təmsilçisi AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə klub 2000 manat cərimə edilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью