Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 dekabr, AZƏRTAC Misli Premyer Liqasının XV turu “Araz-Naxçıvan” və “Neftçi klubları üçün əlamətdar olub.AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 30-cu qələbəsini qazanıb.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib.
Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001-ci illər mövsümünə təsadüf edib.
Muxtar Respublikanın təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Naxçıvan klubu ölkə çempionatlarında 30 və daha çox qələbə qazanan 33-cü komanda olub.“Neftçi” isə Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.
“Ağ-qaralar” öz meydanında “Qarabağ”la görüşüb. Meydan sahibləri 0:3 hesabı ilə uduzublar.
1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.