“Neftçi” 20ci dəfə böyük hesabla məğlub olub

02.12.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub. SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XV turuna təsadüf edib.

“Ağ-qaralar” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, 1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət (0:3) 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью