Neftçi 3 top fərqi ilə məğlub oldu

30.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Azərbaycanın futzal üzrə Yüksək Liqasının V turunda daha iki görüş baş tutub.

Publika.az xəbər verir ki, "Baku Fire" "Neftçi"ni 8:5 hesabı ilə məğlub edib.

"Yasamal" - "Şuşa" görüşündə isə böyükhesablı qələbə qeydə alınıb. "Şuşa" klubu 9:2 hesablı qələbəyə sevinib. Hər iki görüş "Olimpik Star"da baş tutub.

Qeyd edək ki, V turun bu gün keçirilən U-19 - "Araz-Naxçıvan" matçı Naxçıvan təmsilçisinin 11:0 hesablı üstünlüyü ilə bitib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью