Neftçi 5 futbolçusunun xidmətindən məhrum oldu

15.03.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 27-ci turunda "Səbail"in qonağı olacaq "Neftçi" meydana tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Höccət Haqverdi sarı vərəqə limiti dolduğu üçün cəzalı duruma düşüb. Emin Mahmudov, Azər Əliyev, Andrey Ştoqrin və Kristian Bauer zədə səbəbindən oynaya bilməyəcəklər".

Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı martın 16-da keçiriləcək. Oyunun start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью