Neftçi 5 il sonra ilkə imza atıb

16.02.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi" klubu 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub. Sport24.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turda "Araz-Naxçıvan"ı 4:0, XX turda isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.

"Ağ-qaralar"ın səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb.

Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə "Şamaxı"nı 3:0, "Səbail"i isə 4:0 hesabı ilə üstələmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью