“Neftçi” 5 milyon manatlıq yükdən xilas olub

18.06.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümü 6-cı yerdə başa vuran “Neftçi” artıq 10 futbolçu ilə yollarını ayırıb. Bu futbolçulardan doqquzu ilə başa çatan müqavilə müddəti uzadılmayıbsa, Dembo Darbo ilə müqaviləyə xitam verilib.

“Football-plus.az” “neftchi.baku.fan.page”ə istinadən ayrılan futbolçuların aylıq maaşını təqdim edir:
Rüstəm Samiqullin: 3 min manat
Yuri Matias: 30 min dollar
Azər Salahlı: 10 min dollar
Höccət Haqverdi: 20 min dollar
Azər Əliyev: 22 min dollar
Robert Bauer: 40 min dolar
Rafael Quzzo: 35 min dollar
Rəhman Hacıyev: 10 min dollar
Dembo Darbo: 45 min dollar
Yeqor Boqomolski: 10 min dollar

Bu rəqəmləri üst-üstə gələndə 222 min dollar edir. Samiqullinin 3 min manatını da əlavə edəndən, dolları manata çevirəndən sonra aylıq 380 min, illik isə 4 milyon 560 min manat alınır. Çox-çox böyük məbləğdi. Sözün əsl mənasında “Neftçi” ağır yükdən xilas olub. Qalır bundan sonra düzgün qərar vermək.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью