“Neftçi” 5 min manat cərimə ödəyəcək

13.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Araz-Naxçıvan”-“Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000, “Neftçi”-“Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000, oyunda “Sabah” 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700, "İmişli”- “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimələnib. pizza hut


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью