“Neftçi” 5ci pilləyə yüksəldi

20.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.“Neftçi” NTD ilə qarşılaşıb və “ağ-qaralar” ardıcıl ikinci qələbəsini qazanıb. “Neftçi” basketbolçuları NTD üzərində qazanılan qələbə ilə turnir cədvəlində 5-ci sıraya yüksəliblər.

“Neftçi” – NTD – 81:68 (29:19, 23:13, 19:22, 10:14)

Bu oyunda ən çox xalı “Neftçi”nin oyunçusu DeAngelo Styuart toplayıb (26 xal).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью