Neftçi 700 cü qolunu Qarabağ a vurub

19.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, Misli Premyer Liqasının VIII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

"Ağ-qaralar" rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız "Qarabağ"dan geri qalır.

Qeyd edək ki, "ağ-qaralar" səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda "Avtomobilçi"nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью