Neftçi 88 yaşını qeyd edir

18.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanın ən qədim peşəkar futbol klubu "Neftçi"nin yarandığı gündür.

Oxu.Az xəbər verir ki, Bakı klubunun 88 yaşı tamam olur.

"Ağ-qaralar" 1937-ci il martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. 1966-cı ildə SSRİ çempionatlarında ən yaxşı nəticəsinə imza atan komanda bürünc medallara sahib çıxıb. İki il sonra öz milli adına qovuşan paytaxt təmsilçisi "Neftçi" adlanmağa başlayıb.

Müstəqillik illərində "Neftçi" doqquz dəfə Azərbaycan çempionu olub. Altı dəfə ölkə kubokunun, iki dəfə Superkubokunun qalibi olub.

"Neftçi" avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixi nəticənin müəllifidir. "Ağ-qaralar" 2012/13 mövsümündə Avropa Liqasının əsas mərhələsinə adlamağı bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью