Icma.az bildirir, Idmanxeber.az portalına istinadən. Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı “Neftçi” ilə danışıq aparır.
İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, “ağ-qaralar” Samir Abasovdan narazıdı.
Rəhbərlik onunla yolları ayırmaq niyyətindədi. Bu posta əsas namizəd isə Avcıdı.
Türkiyəli mütəxəssisin Bakıya gəlməyə müsbət yanaşdığı bildirilir. Artıq tərəflər arasında danışıqların başladığı da qeyd edilib.
Abdullah Avcının yanvarda “Neftçi”nin başına keçəcəyi vurğulanıb. Xatırladaq ki, 61 yaşlı mütəxəssisin son iş yeri “Trabzonspor” klubu olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.