“Neftçi” Abdullah Avcı ilə danışıqlara başlayıb İdman və Biz

07.12.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixinin ən uğursuz dövrlərindən birini yaşayan “Neftçi” növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır.

İdman.biz xəbər verir ki, bunu Türkiyə mətbuatı iddia edir.

Haberlisin.com paytaxt klubu Abdullah Avcıya elçi düşdüyü barədə məlumat əldə edib. Bildirilir ki, mövsümün gedişində bu posta gətirilən Samir Abasovla yollarını ayırmağı planlaşdıran paytxt təmsilçisi 61 yaşlı türkiyəli ilə danışıqlara da başlayıb.

Mütəxəssis ölkəmizdə çalışmağın əleyhinə deyil. Əgər tərəflər arasında razılıq əldə olunsa, Avcı artıq yanvarda komandanın sükanı arxasına keçəcək.

Qeyd edək ki, “Trabzonspor”un sabiq baş məşqçisi çalışdırıcı karyerası ərzində Türkiyədə 1 çempionluq və 2 Superkubok qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью