“Neftçi” Abubakara güvənmir, yoxsa Abubakar “Neftçi”yə?

23.10.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəqin ki, “Neftçi” hücum xəttindəki problemi həll etdi.

Dünya futboluna tanış sima - Vensan Abubakar yenidən ağ-qara rəngli forma geyəcək. Amma bu dəfə “Beşiktaş”ln yox, “Neftçi”nin formasını. Cah-cəlalla gətirilən, yarım milyon pul tökülən futbolçuyaə, deyəsən, klubda güvənilmir. Bu səviyyəli futbolçu ilə “1+1 illik” müqavilə imzalanıb. Yəni ilk bir ildə tərəflər bir-birindən razı qalarsa, müqavilənin ikinci hissəsi qüvvəyə minəcək.
Abubakarın fiziki durumu yerindədi, kənardan artıq çəkiyə malik olduğu da görünmür. Bəs niyə 1+1? Maraqlıdı. Bəlkə də futbolçunun intizam problemlərinə görə. Ya da əksinə, Abubakar dünya çempionatına hazırlaşır. Ola bilər ki, “Neftçi”də özünü göstərəndən sonra özünü Avropanın daha güclü klublarından birində görür. Bu üzdən də “+1” şərtini özü istəyib. Bu sevda yaman qara sevdadı. Tərəflərdən biri digərinə güvənmir…
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью