Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kamerun millisinin forvardı Vensan Abubakarın "Neftçi"yə keçib-keçməyəcəyi futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun "ağ-qaralar"la müqavilə bağlaması hələ də mümkündür.
Belə ki, "Hatayspor"dan ayrılandan sonra klubsuz qalan Abubakar Azərbaycan təmsilçisinin təklifini nəzərdən keçirib və hazırda mövcud variantlar arasında ən münasibini seçməyə çalışır. Yəni o, indiyədək bakılılara nə "gəlirəm" deyib, nə də "gəlmirəm".
Xatırladaq ki, daha çox "Portu" və "Beşiktaş"dakı performansı ilə azarkeşlərin ürəyinə yol tapan 33 yaşlı Vensan Kamerun millisində 114 matça çıxaraq 45 qola imza atıb.
Nihat