Neftçi açıqladı Samir Abasovun əhvalını korlayacaq xəbər...

28.03.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" Misli premyer-liqasının 28-ci turunda “Araz-Naxçıvan”la matçın hazırlığı yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bakılılar bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqlərinə çıxıblar. "Neftçi"nin futbolçuları Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16.45-də başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью