“Neftçi” akademiyasında seminar

12.11.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” klubunun akademiya komandaları üçün antidopinq mövzusunda maarifləndirici tədbir keçirilib.

Futbolpress.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində baş tutan seminara paytaxt təmsilçisinin U-19, U-17, U-16 və U-15 yaş qruplarının futbolçu və məşqçi heyəti qatılıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edərək iştirakçılara beynəlxalq antidopinq qaydaları, onların praktik tətbiqi və idmançıların üzərinə düşən öhdəliklər barədə geniş məlumat verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью