“Neftçi” Anım Günündə qaziləri unutmadı

26.09.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” sabah ölkəmizdə qeyd ediləcək Anım Günü ilə bağlı təqdirəlayiq addım atıb.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik sabah “Karvan Yevlax”la oyuna Vətən müharibəsində iştirak etmiş qaziləri dəvət edib. Onlar arenadakı “VIP family” sektorunda yer alacaqlar.

Paytaxt təmsilçisi bu addımla Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərə ehtiramını ifadə edib.

Xatırladaq ki, “Neftçi” – “Karvan Yevlax” matçı sabah 19:00-da start götürəcək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью