Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi "Araz-Naxçıvan"ın oyunçusu İqor Ribeyro ilə müqavilə bağlayıb. Braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.
“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.
28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, "Neftçi" bu yay Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov (son klubu "Sumqayıt") və Murad Xaçayevi (son klub "Sumqayıt") də heyətinə qatıb.