Neftçi Araz Naxçıvan matçının biletləri satışda

24.03.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində martın 29-u saat 16:45-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 30 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-araz-naxcivan-pfk-mart/148354

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью