“Neftçi” “Araz Naxçıvan”a məğlub oldu KONKRET

26.01.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi” Misli Premyer Liqasının XX turunda məğlub olub.

KONKRET.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

29-cu dəqiqədə meydan sahiblərinin heyətində Vanderson Melo fərqlənib. 64-cü dəqiqədə Roman Maçado fərqi artırıb. Qonaqların heyətində 67-ci dəqiqədə Filip Ozobiç adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran “Araz-Naxçıvan” ikinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 18 xalla yeddinci sıradadır.

Qeyd edək ki, günün və turun son matçında “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Əvvəlki oyunlarda “Zirə” səfərdə “Şamaxı”nı 2:1, “Səbail” evdə “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. “Sabah” – “Sumqayıt” matçında hesab açılmayıb.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью