“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi

23.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, bütün görüşlər “Olimpik Star”da baş tutub.
İlk oyunda debutant “Şuşa” U-19-la qarşılaşıb və ilk qələbəsini qazanıb. Turun mərkəzi oyununda son çempion “Araz-Naxçıvan” lider “Neftçi” İK ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb.
“Neftçi” məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb. Turun son matçında “Baku Fire” autsayder “Yasamal Bakı”nı darmadağın edib.
Yüksək Liqa
4-cü tur
23 noyabr
Şuşa – U-19 5:4
Araz-Naxçıvan – Neftçi İK 2:3
Baku Fire – Yasamal Bakı 15:1
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью