Neftçi Araz Naxçıvana uduzdu

04.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Premyer Liqanın XII turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edir.

İlk dövrəni boşa verən "ağ-qaralar" Samir Abasovun gəlişindən sonra 2 oyun aktivinə 4 xal yazdırıb. Və məğlubiyyətsiz seriyanı davam etdirmək niyyətindədi. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlşan Naxçıvan təmsilçisi də turu itkisiz başa vurmağı planlaşdırır. Hansı komandanın arzusunun reallaşacağını 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, "Neftçi Arena"da baş tutacaq görüş saat 20:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası

II dövrə, XII tur

20:30. "Neftçi" - "Araz-Naxçıvan" 0:1

Qol: Felipe Santos, 30

Qırmızı vərəqə: Turan Vəlizadə, 90+3

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Fərid Hacıyev

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Bakı. "Neftçi Arena".

"Neftçi": Rza Cəfərov(k), Emin Mahmudov, Azər Əliyev, Ramil Şeydayev, Edvin Kuç, Rafael Quzzo, Ervin Koffi, Yuri Matias, Robert Bauer, Kilan Lebon, Dembro Darbo 

"Araz-Naxçıvan": Kristian Avram, Urfan Abbasv(k), Bəxtiyar Həsənalızadə, Omar Buludov, Mustafa Əhmədzadə, Ramon Maçado, Vanderson, Miço Kuzmanoviç, İqor Ribeyro, Felipe Santos, Benni Kardozo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью