Neftçi, ArazNaxçıvan və Kəpəz cərimələnib Xəbər saytı Son xəbərlər və Hadisələr

05.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsi "Neftçi", "Araz-Naxçıvan" və "Kəpəz" klublarını cərimələyib.

BAKU.WS xəbər verir ki, Naxçıvan təmsilçisi "Neftçi"ni səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XII turunun qarşılaşmasında futbolçusu Turan Vəlizadənin ikinci sarı vərəqəni alaraq meydandan qovulmasına görə 500 manat ziyana düşüb.

Oyunçuya bir matçlıq cəza verilib. Paytaxt klubunun azarkeşləri həmin görüşdə meydana kənar əşyalar atıblar. "Neftçi" bu səbəbdən 800 manat ödəməli olacaq.

"Kəpəz" klubu isə "Səbail"i məğlub etdikləri (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью