Neftçi Arena da yubiley oyunu

21.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının XXIV turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı yubileylə əlamətdar olacaq. Sport24.az xəbər verir ki, qarşılaşma komandaların Azərbaycan çempionatları tarixində 50-ci matçı kimi tarixə düşəcək.
Əvvəlki 49 görüşün 23-də paytaxt klubu, 15-də "gənclik şəhəri" təmsilçisi meydanı üç xalla tərk edib. 11 dueldə isə qalib müəyyənləşməyib. Topların nisbətində də "ağ-qaralar"ın üstünlüyü var - 74:54.
Tərəflər arasında çempionatda ilk oyun 2011-ci ildə gerçəkləşib. "Neftçi" həmin vaxt "Sumqayıt Şəhər"i 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün "Neftçi Arena"da keçiriləcək matç saat 19:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью