“Neftçi Arena”da qələbəyə layiq oyun

02.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasının XV turunda “Qarabağ”a məğlub olub – 0:3.

Çempionatda tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar”ın son illərin çempionu qarşısında şansları az dəyərləndirilirdi. Buna baxmayaraq, derbi havasında baş tutan oyunda meydan sahiblərindən layiqli oyun gözlənilirdi. Matçın ikinci hissəsinin bəzi məqamlarında əks-hücumlardan bir-iki şans yaxalayan paytaxt təmsilçisi fərqlənməyi bacarmadı. Hücum xəttindəki sonluq problemi nəticənin sıfırla tamamlanmasına səbəb oldu.

“Qarabağ” isə demək olar, rahat qələbəyə sevindi. “Lion”la ağır avrokubok oyunundan sonra bəzi aparıcı oyunçuları ehtiyatda saxlayan Qurban Qurbanov az şans qazananları döyüşə atdı və gözləntilərini ala bildi. Xüsusilə, Musa Qurbanlı və Nəriman Axundzadə hücumda aktivlik nümayiş etdirdi. Bir neçə real qol şanslarını boşa verən “Qarabağ” daha böyük hesablı qələbəni əldən verdi.

Derbi havasında keçən oyun bir daha göstərdi ki, “Qarabağ”ın ehtiyat qüvvəsi belə çempionatda qızıl medallar uğrunda mübarizənin əsas favoritidir. Bir günlük lider “Araz-Naxçıvan”dan postunu geri alan “Qarabağ” birinci dövrənin sonuna qədər olan sıx qrafikdə motivasiya və psixologiya baxımından müsbət təsirləri olacaq bir qələbə qazandı.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Samir Abasov: “Bilmədiyiniz problemlər çoxdur”

1 Dekabr 2024, 21:59

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” derbidən qalib ayrıldı

1 Dekabr 2024, 20:57

Əsas xəbərlər, Premyer liqa “Neftçi Arena”da “11-lik”lər məlum oldu

1 Dekabr 2024, 17:57

Əsas xəbərlər, Manşet, Premyer liqa APL-də prinsipial oyun: Abasov keçmiş uğurunu təkrarlamaq istəyir

1 Dekabr 2024, 14:05

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” “Qarabağ”la matçın hazırlığını başa vurdu

30 Noyabr 2024, 20:59

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” – “Qarabağ” matçına bu qədər bilet satılıb

30 Noyabr 2024, 17:37

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью