Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsindəki ilk qarşılaşmasına çıxıb.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Bakı İdman Sarayında Estoniyanın “Parnu” klubunu qəbul edib. Gərgin keçən görüş təmsilçimizin 80:67 hesablı üstünlüyü ilə yekunlaşıb.
Konstantinos Vasiliadisin rəhbərlik etdiyi kollektiv matçın ilk iki periodunu qələbə ilə başa vuraraq fasiləyə üstün yollanıb (20:13, 22:16). Büyük fasilədən sonra qonaq komanda fərqi azaltmağa çalışsa da, “Neftçi” üstünlüyü əlindən verməyərək yekun qələbəni təmin edib. Qarşılaşmada periodlar üzrə hesab 20:13, 22:16, 18:19 və 20:19 olub.
“Neftçi”nin heyətində ən məhsuldar basketbolçular 21 xalla Şakil Prays və 19 xalla Elayca Hokins olublar. Komandanın digər üzvlərindən Rob Hovard 13, Aleksa Stepanoviç isə 10 xalla qələbəyə töhfə verib.