Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” müntəzəm mövsümün V turunda Bolqarıstanın “Lokomotiv” klubunun qonağı olacaq.
Plovdivdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” əvvəlki dörd oyunun hamısında məğlub olub. Komanda “Fribur Olimpik”ə (73:78), “Mikonos”a (58:78), VEF-ə (94:110) və “Oradya”ya (83:99) uduzub. Dörd xalı olan Azərbaycan təmsilçisi H qrupunda sonuncu – altıncı pillədə qərarlaşıb.
“Sumqayıt” - “Sabah” matçı başqa arenada keçiriləcək “Sabah” - “Trabzonspor” matçının biletləri satışda Avroliqa: “Fənərbaxça Tarfin” Madriddən əliboş qayıdır “Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb Nikola Yokiç NBA tarixində ikinci oldu – Gecənin nəticələri