Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Son günlərdə “Neftçi”nin dünyaca məşhur futbolçu Vensan Abubakarı transfer etmək istədiyinə dair iddialar sürətlə yayılmaqdadır.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən iddialar həm Türkiyə, həm də Azərbaycan mediasında müzakirələrə səbəb olur.
Artıq sosial şəbəkələrdə də bu məsələnin geniş şəkildə danışıldığı görünür. Üstəlik, klub da bu iddiaları təkzib etməyib.
Hətta “Neftçi” azarkeşləri də kamerunlu futbolçu üçün hərəkətə keçiblər. Onlar Abubakarın “Instagram” səhifəsindəki paylaşımlarının altına “Come to Neftçi” (Neftçiyə gəl) rəylərini yazırlar.
Qeyd edək ki, hazırda azad agent olan Vensan Abubakar 3 dönəm “Beşiktaş”da çıxış edib.
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin