Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında 8-ci tur davam edir.
Milli.Az xəbər verir ki, "Qarabağ"la matçda "Neftçi" tərəfdarları komandalarına möhtəşəm dəstəyi ilə diqqət çəkiblər.
Tribunada yerini alan azarkeş qrupu matçın gedişində onlarca pirotexniki vasitə və məşəl yandıraraq vizual şou göstəriblər. Şüarlar və alovlu dəstəklə stadiona fərqli əhval-ruhiyyə qatan azarkeşlər komandalarını qələbəyə ruhlandırıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)