Neftçi azarkeşlərinə görə 9000 ziyana düşüb | Icma.az
Icma.az, Apasport saytına istinadən bildirir. AFFA İntizam Komitəsi "Neftçi" klubunu 9700 manat cərimələyib.
Apasport.az xəbər verir ki, buna Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la matçda (2:2) yaşananlar səbəb olub.
"Ağ-qaralar" dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib.
Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.
“Sabah” 400-ə çatdı “Qarabağ” İspaniyaya yola düşüb - FOTO Region Liqasında yeni mövsümə start verilib Millimiz iki yoldaşlıq görüşü keçirəcək II Liqada VI tura start verilib Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu