“Neftçi” azarkeşlərinə görə klub 5000 manat cərimələndi

13.10.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdman.Biz xəbər verir ki, iclasda Misli Premyer Liqasının yeddinci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan” - “Kəpəz” matçı: 9 oktyabr 2026-cı il tarixində keçirilən görüşdə hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000 manat cərimə edilib (Maddə 74.1).

“Neftçi” - “Sabah” matçı: 9 oktyabr 2026-cı il tarixində tutuşan qarşılaşmada “Neftçi” azarkeşlərinin rəqib futbolçunun ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirməsinə görə paytaxt klubu 5000 manat cəriməyə məruz qalıb (Maddə 52.5). Həmçinin, həmin oyunda 4 futbolçusu sarı vərəqə alan “Sabah” komandası 700 manat cərimələnib (Maddə 43.1).

“İmişli” - “Qarabağ” matçı: 11 oktyabr 2026-cı il tarixində baş tutan oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimə olunub (Maddə 86.3).

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью