Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının VIII turunun oktyabrın 17-də saat 19.00-da başlanacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasını tribunadan izləmək istəyən “Neftçi” azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorları ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25, 26, 27 və 28-ci sektorlar “Forza Neftçi” Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub. Oyunu “Forza Neftçi” ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün 17.00-dan 21.00-a, oktyabrın 16-da 12.00-dan 21.00-a, oyun günü isə 12.00-dan 16.00-a qədər “Palms Sports Arena”da yerləşən kassalara yaxınlaşa bilərlər.
21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək.
“İmişli”də latviyalı mütəxəssis "Şəfa"nın futbolçularına danışılmış oyunlarla bağlı sessiya keçirilib Azərbaycan millisi növbəti matçına çıxır İvan Lepinitsa: “Tarix yazdıq” - VİDEO “Qarabağ”dan “Sabah”a təbrik: “qarşıdakı oyunlarda uğurlar arzulayırıq"