Neftçi Azərbaycan çempionatlarında 100 cü qolsuz heç heçəsini edib

24.01.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" klubu Azərbaycan çempionatları tarixində 100-cü dəfə qolsuz heç-heçəyə imza atıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Misli Premyer Liqasının XVII turunda "Zirə" ilə keçirilən ev görüşü (0:0) "ağ-qaralar" üçün yubileylə əlamətdar olub.

Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız 107 belə matçı olan "Qarabağ"dan geri qalır. "Neftçi"nin ilk 0:0 hesablı oyunu 1993-cü il martın 6-da "Turan"la ev qarşılaşmasına təsadüf edib.

Cari mövsümdə 4-cü dəfə belə nəticə qeydə alınıb. Komanda ümumilikdə 50 dəfə evdə, 49 dəfə səfərdə və 1 dəfə neytral meydanda qolsuz heç-heçəyə imza atıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью