“Neftçi” Azərbaycan çempionatlarında 1000 ci oyununa çıxacaq VİDEO

16.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının altıncı turu “Neftçi” üçün əlamətdar olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Peşəkar Futbol Liqası da bununla bağlı xüsusi süjet hazırlayıb.

Süjetdə “Neftçi”nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью