“Neftçi” Azərbaycan çempionatlarındakı 1000 ci oyununda qələbə qazanıb

18.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar.

Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır.

Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью