Neftçi Azərbaycan millisinin hücumçusunun transferindən imtina etdi

13.08.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Renat Dadaşovun "Neftçi"yə keçidi baş tutmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar aparılsa da, son anda "ağ-qaralar" transferdən imtina edib. 

Mənbənin sözlərinə əsasən, Azərbaycan millisinin də formasını geyinən forvardın irəli sürdüyü maliyyə şərtləri paytaxt təmsilçisini qane etməyib və bu üzdən keçid alınmayıb.

Qeyd edək ki, Dadaşovun son klubu Polşa təmsilçisi "Motor" olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью