Icma.az bildirir, Apasport portalına istinadən.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" görüşü başlayacaq.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan çempionatında V turun oyunları keçiriləcək “Neftçi” qələbə qazanıb Azərbaycan çempionatında IV tura yekun vurulur: "Neftçi" "Gənclər"ə qarşı “Azərreyl” və “Murov Az Terminal”dan qələbə AVF rəsmisi beynəlxalq matça təyinat alıb