Neftçi baş məşqçi postu üçün belaruslu mütəxəssisi nəzərdən keçirir

02.12.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" baş məşqçi postu üçün belaruslu mütəxəssis Viktor Qonçarenkonu nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Sport Ekspress" nəşri məlumat yayıb.

"Ağ-qaralar" 48 yaşlı çalışdırıcını komandaya dəvət etməyi düşünür.

Bakı klubu Qonçarenkoya ötən il təklif göndərsə də, lakin bəzi səbəblərdən keçid baş tutmamışdı.

Qeyd edək ki, Viktor Qonçarenko ölkəsində "Bate", Rusiyada bir çox klubun baş məşqçisi vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью