Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyada "Parnu" komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Ağ-qaralar" Bakıdakı ilk matçda 80:67 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu cütün qalibi Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.