Neftçi basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

15.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi I qrupda Polşanın "Trefl" klubu ilə üz-üzə gələcək.

Soport şəhərində yerləşən “Sopot Centennial” İdman Zalında keçiriləcək matça Bakı vaxtı ilə saat 21:15-də start veriləcək.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью