Neftçi basketbol klubu iranlı mütəxəssislə vidalaşdı

08.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Neftçi" basketbol klubu baş məşqçisi Omid Movahed Nejatla əməkdaşlığa son qoyub.

Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, iranlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, gürcüstanlı mütəxəssis David Tsivtsivadze ”Neftçi”də köməkçi məşqçi vəzifəsinə təyinat alıb və hazırda komandada baş məşqçi olmadığından indilik bu funksiyanı o yerinə yetirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью