Neftçi basketbol klubunun yeni baş məşqçisi

29.11.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, öz istəyi ilə baş məşqçi postundan istefa vermiş Anar Sarıyevin yerinə iranlı mütəxəssis Omid Movahed Nejat təyin olunub.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Omid Movahed Nejat daha əvvəl də “Neftçi”də çalışıb. O, 2022/2023 mövsümünün ikinci yarısında komandaya başçılıq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью