Neftçi basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib

29.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, öz istəyi ilə baş məşqçi postundan istefa vermiş Anar Sarıyevin yerinə iranlı mütəxəssis Omid Movahed Nejat təyin olunub.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Omid Movahed Nejat daha əvvəl də “Neftçi”də çalışıb. O, 2022/2023 mövsümünün ikinci yarısında komandaya başçılıq edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью