Neftçi basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib

24.07.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Vitali Stepanovskiyə tapşırılıb.

Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, V.Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью