Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Məlum olduğu kimi, Konfrans Liqasında çıxış edən “Neftçi” bu gün Belarusun “Dinamo Minsk” komandası ilə qarşılaşıb.
Matçın ilk 15 dəqiqəsində rəqibə imkan verməyən “Flaqman” 2 dəfə fərqlənib. Bununla da “ağ-qaralar” müdafiə oyunu oynamağa başlayıb. Səbəbini nə siz soruşun, nə də mən deyim. Əks-hücumlar edən Belarus təmsilçisi ilk hissədə 1 qolun əvəzini çıxıb. Fasilədən sonra “Neftçi” sanki öz rənglərini əks etdirməyə başladı. Ağdan-qaraya dönən klubumuz daha 3 top buraxaraq məğlub olub. Matçboyu komandanı dəstəkləyən “Forza Neftçi” fanklubun rəhbəri Səccad Abbasov oyundan sonra paylaşım edib.
“Football-plus.az” olaraq sizi həmin yazıyla tanış edirik:
“Bu gün siz nə etdiniz? Bu nə idi? Bu Neftçi deyil, bizə ümid verib, baş aldadmaqdı. Uğursuz transferlər, avropada "al-ver" edib gəlmək. Bu günki "işləmək" də nəzərdən yayınmadı. Yubiley mövsümü, yubiley biabırçılığı olmağa doğru getməsin. Ağlınızı başınıza yığın, bura “Neftçi”di! 80 illik faciələrini, 90 illiklə əvəzləmək niyətiniz varsa indidən qılınc-qalxanımızı götürüb keçək qarşınıza. Zəhər edək qazandığınızı mövsüm boyu. “Neftçi” bazar deyil, “Neftçi” xalqdı! Bizi yanıldın və bir həftə sonra çıxıb etdiniyiz zibilləri təmizləyin”!
İSRAYIL XEYRULLAYEV