Neftçi Beşiktaş ın sabiq ulduzunu transfer etmək istəyir

25.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"nin "Beşiktaş"ın sabiq futbolçusu, Kamerun millisinin üzvü Vensan Abubakarı heyətinə qatmaq istəyir.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, futbolçu ilə uzun sürən danışıqlar aparılıb.

Hazırda tərəflər sadəcə maliyyə məsələsində razılığa gələ bilmirlər. V.Abubakarın maaş tələbi "Neftçi"nin büdcəsinə uyğun deyil.

Lakin paytaxt təmsilçisi ondan imtina etmək niyyətində deyil. Hələ də tərəflər arasındakı danışıqlar davam edir.

Maliyyə məsələsində razılıq olacağı halda kamerunlu forvard Azərbaycana gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью