“Neftçi” “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” ilə oynayacaq İdman və Biz

21.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi”nin U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

Klubdan İdman.biz-ə verilən məlumata görə, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.

Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью