“Neftçi” “Beşiktaş”ın hücumçusuna müqavilə təklif edib

30.01.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Beşiktaş”ın hücumçusu Mustafa Hekimoğlunun karyerasını Azərbaycanda davam etdirə biləcəyini oxucuların diqqətinə çatdırmışdıq. Bu barədə türkiyəli jurnalist Serdar Sarıdağ sosial şəbəkə hesabından paylaşım etmişdi.

Əldə etdiyimiz məlumata görə,17 yaşlı futbolçunun xidmətində “Neftçi” maraqlıdı. Paytaxt təmsilçisi Hekimoğlunu heyətinə qatmaq niyyətindədi.

“Ağ-qaralar” hücumçunu 1,5 illik müddətinə icarəyə götürmək istəyir.

Qeyd edək ki, Hekimoğlu İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 25 oyun keçirib, 1 qol vurub. O, həmçinin Türkiyənin U-21 millisinin üzvüdür.

İdmanxeber.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью